KANAL24.AZ
Az Iw En Ru

Dövlət Neft Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsində "Vahid Axundov - Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri" sözləri "Natiq Əmirov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri" sözləri ilə əvəz edilsin.


02:01 06.08.2017
Xəbər lenti
Bütün xəbərlər