KANAL24.AZ
Az Iw En Ru

Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq

Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin 105 illiyi çərçivəsində maestrolunun adını daşıyan mənzil-muzeyində “Açıq qapı” günü təşkil ediləcək.

Kanal24 xəbər verir ki,bu barədə AZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verib.Onun sözlərinə görə, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi avqustun 20-də Fəxri xiyabanda maestronun məzarını və heykəlini ziyarət edəcək, eyni zamanda, bir sıra tədbirlər təşkil olunacaq. “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.

Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.


20:06 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər