KANAL24.AZ
Az Iw En Ru

Aİ Azərbaycana yeni nümayəndə təyin etdi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub.

Aİ-dəki mənbələrdən bildiriblər ki, bu vəzifəyə litvalı diplomat Kestutis Yankauskas (Kestutis Jankauskas) gətirilib. Onun təyinatı ilə bağlı rəsmi xəbər yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, Aİ nümayəndəliyinin yeni rəhbəri Azərbaycana sentyabrın əvvəlində gələcək.

Qeyd edək ki, K.Yanauskas 1991-ci ildən bəri Litva Xarici İşlər Nazirliyində çalışır və bundan əvvəl Litvanın Vaşınqtonda və Stokholmdakı səfirliklərində çalışıb. Azərbaycana təyinatından öncə o, Aİ-nin Gürcüstandakı monitorinq missiyasına rəhbərlik edirdi.


22:39 02.08.2017