KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev 4 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xızrı Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Xızrı İsayeviç Şıxsəidov “Dostluq” ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əliyev Rafiq Hacıbaba oğlu

Nəsirov Rafiq Əliş oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


01:12 01.08.2017