KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq

16 (on altı) yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Andorrada keçirilən Avropa çempionatının C divizionunda yarımfinala vəsiqə qazanıb.

Elşən Yusubovun baş məşqçisi olduğu kollektiv yer aldığı B qrupunun ikincisi kimi növbəti mərhələyə adlayıb.

Son görüşdə meydan sahiblərinə uduzan (66:67) yığma buna, əvvəlki matçlarda Monako (74:63), Albaniya (78:66) və San-Marinoya (90:62) qalib gəlməklə nail olub.

Azərbaycan millisi yarımfinalda A qrupunun qalibi Ermənistan yığması ilə qarşılaşacaq.

İyulun 29-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.


03:54 29.07.2017