KANAL24.AZ
Az Iw En Ru

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

Şirvan şəhər sakinini əqrəb sancıb.

Məlumata görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni anda başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncuya da yardım edildikdən sonra evə buraxılıb.


20:48 28.07.2017
Xəbər lenti
Bütün xəbərlər