KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda yaşayış binasında GÜCLÜ YANĞIN: 2 nəfər zəhərləndi, 15 nəfər...

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verirki hadisə binanın 10-cu mərtəbəsində baş verib.

Ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub


20:44 28.07.2017
Xəbər lenti
Bütün xəbərlər