KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda 11 avtomobildən oğurluq edən şəxs tutulub

Sumqayıt şəhərində avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 11 avtomobildən pul, mobil telefon, maqnitofon, sənəd və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rakim Babalıyev tutulub.


19:27 28.07.2017