KANAL24.AZ
Az Iw En Ru

Masallıda faciə

Masallıda 1 nəfər bədbəxt hadisə nəticəsində həlak olub.

Kanal24 FHN-in saytına istinadən xəbər verir ki,nazirliyə Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədi çıxarılaq  aidiyyəti üzrə təhvil verilib.


17:22 28.07.2017