KANAL24.AZ
Az Iw En Ru

Netanyahu terrorçuya qarşı sərt olmağın tərəfdarıdır

Baş nazir Binyamin Netanyahu iyulun 21 -də Şabbat yeməyi zamanı Solomon ailəsinin 3 üzvünü qətlə yetirən terrorçuya ölüm hökmü verilməsinin tərəfdarı olduğunu bildirib.Bu haqda baş naziröz  Facebook səhifəsində bildirib.
Netanyahu paylaşımında qeyd edib ki,"Bu tədbir qanunla, yekdilli səsvermə qərarıyla təsdiq olunmalıdır, lakin, mən ölkənin baş naziri kimi öz mövqeyimi hamıya bildirmək istəyirəm.Qatili elə cəzalandırmaq lazımdır ki, o bir daha gülə bilməsin".
Qeyd edək ki,terrorçuya ölüm hökmü verilməsi təşəbbüsünü iyulun 22-də Kəşfiyyat naziri İsrael Kaç tələb etmişdi.Sonra o, Halamiş qəsəbəsində bir ailənin həyatına son qoymuş terroristi icra etmək tələbilə Müdafiyə naziri Aviqdor Libermana müraciət etmişdir.Bundan sonra, iyulun 23 -də "İsrail bizim evimiz"partiyasının üzvü, knessetin millət vəkili Oded Forer dövlət hüquq məsləhətçilərinə və baş hərbi prokurorluğuna terrorçuya ölüm hökmü verilməsi  üçün müraciət etmişdir.Bu fikrə Aviqdor Liberman da qoşulub.Təhsil naziri Naftali Bennet də qatili ölüm ilə cəzalandırmaq tələbinin tərəfdarı olduğunu bildirib.

13:40 28.07.2017
Xəbər lenti
Bütün xəbərlər