KANAL24.AZ
Az Iw En Ru

Çinin üç şirkəti İsraildən lisenziya aldı

Çinin üç şirkəti İsraildə işləməyə lisenziya alıb. İnşaat naziri Yohav Galant tenderlərdə qalib gələn üç Çin inşaat şirkətinin sahiblərinə  İsraildə tikinti işləri aparmaq üçün lisenziya təqdim edib.

Məlumata görə,şirkətlər yaxın aylarda İsraildə yeni tikinti layihələri üzrə fəaliyyətə başlayacaqlar.Qeyd edək ki,hər bir şirkətin İsrailə 1000 işçi gətirmək imkanı var.Lisenziyanı qazanan şirkətlər "Jiangsu Nanjing Konstraktion Engineering Group","Beijing Konstration Engineering Group" və "Jiangsu Shentun Konstraktion Group" şirkətləridir.

Şirkətlər hal hazırda İsrail inşaatçıları ilə danışıqlar aparır, işçilərin gətirilməsi isə müqavilə bağlandıqdan sonra həyata keçiriləcək.İkisi Çin və biri Portuqaliyanın olan daha üç şirkət lazımi sənədlərin qeydiyyatından sonra, yaxın gələcəkdə İsraildə iş lisenziyası alacağı gözlənilir.Paralel olaraq, yaxın gələcəkdə 6000 çinli işçinin İsraildə işləməsi üçün seçki prossesinə başlanacaq.


13:00 28.07.2017