KANAL24.AZ
Az Iw En Ru

İsrail-Bolqarıstan əlaqələrində yeni mərhələ

Son zamanlar Bolqarıstanın İsraillə iqtisadi cəhətdən yaxınlaşması bir sıra layihələri həyata keçirməyə imkan yaradır. Belə ki,Bolqarıstanın  dövləti enerji mənbələri diversifikasiya məqsədilə İsrailin "Leviatan" təbii qaz sahəsinə olduqca böyük maraq göstərirlər.

Məlumata görə bu mövzu baş nazir köməkçisi Tomislav Donçev və energetika naziri Temenuyki Petkovun İsrailin Sofiyadakı səfiri İri Lilianla görüşündə müzakirə olunub.

Həmçinin qeyd olunur ki,tərəflər,"Balkanlar"qazpaylayıcı mərkəzi, Bolqarıstana və digər Balkan ölkələrinə İsrail və Yunanıstan qazının paylanacağı İsrail-Kipr-Yunanıstan qaz kəmərinin inşası layihəsini  də müzakirə ediblər .


12:45 28.07.2017