KANAL24.AZ
Az Iw En Ru

Avropa Liqası: “Qəbələ” “Panatinaikos”a məğlub oldu (YENİLƏNDİ)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”unun qonağı olub. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən qarşılaşmada "Qəbələ" minimal hesabla məğlub olub. Oyunda yeganə qol penaltidən vurulub.

Avropa Liqası. III təsnifat mərhələsi, ilk oyun

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) 1:0

Molins, 37-p.

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu


07:35 28.07.2017
Xəbər lenti
Bütün xəbərlər