KANAL24.AZ
Az Iw En Ru

“Qəbələ” “Panatinaikos”a qarşı: Heyətlər açıqlandı

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxacaq.

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşacaq. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa “Yagelloniya”sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Afinadakı görüşdə Yunanıstanın tituluna görə ikinci klubunu məğlub etməyə və ya sərfəli nəticə ilə dönməyə çalışacaq.

İki il əvvəl də bu arenada uğur qazanan “Qəbələ” çılğınlığı ilə ad çıxaran “Panatinaikos” fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı – 2:2. İki ildə rəqiblərin heyətlərində ciddi islahatlar baş versə də, meydan sahibləri revanş, təmsilçimiz isə uğurunun ardını gətirmək üçün mübarizə aparacaq. 

Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun

27 iyul 22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu

“Panatinaikos”: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman, 8. Gilyerme Molins, 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis, 78. Usman Kulibali

Ehtiyat oyunçular: 27. Konstantinos Kotsaris, 5. Nuno Reis, 6. Kristos Donis, 11. Brayan Kabezas, 18. Lusiano, 41. Stefanos Evangelo, 49. Sotiris Pispas
Baş məşqçi: Marinos Ozounidis

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 45. Famussa Kone


05:43 28.07.2017