KANAL24.AZ
Az Iw En Ru

Toyuq ətində ölüm təhlükəsi - XƏBƏRDARLIQ

Yemək bişirməzdən əvvəl bir çox ərzağı yumağa vərdiş etmişik. Ancaq bəzi ərzaqların yuyulmasının böyük problemlərə yol aça biləcəyinin fərqində olmamışıq. Məsələn, toyuğu bişirməzdən əvvəl yumağın çox böyük zərərləri varmış. 
İngilis sağlamlıq və qidalanma mütəxəssisləri çiy toyuğu bişirməzdən əvvəl yumağın qida zəhərlənməsi riskini artırdığı barədə xəbərdarlıq edib.
 
Mütəxəssislər toyuğun yuyunmasıyla ətrafa sıçrayan sular vasitəsilə əllərə, mətbəx stoluna, bişirmə qablarına kampilobakteriyaya yoluxduğunu deyir. İngiltərədə hər il təxminən 280 min adamın kampilobakteriyalara yoluxduğu bildirilir. Ancaq insanların yalnız yüzdə 28-i bu bakteriyadan xəbərdardır. Bakteriya haqqında məlumatlı olanların da yalnız üçdə biri infeksiyanın mənbəyinin ev heyvanları olduğu qənaətindədir. 
 
Kampilobakteriya Böyük Britaniyada qida zəhərlənmələrinə səbəb olan bakteriyaların başında gəlir. Və ölüm riski daşıyan qida zəhərlənmələrinin çoxu toyuqlardakı mikroblardan qaynaqlanır. Zəhərlənmənin əlamətləri olaraq ishal, mədə ağrısı, ürək bulanma, hərarət və halsızlıq müşahidə olunur. Xəstələrin çoxunun narahatlığı yalnız bir neçə gün davam edir, lakin qida zəhərlənməsi uzun müddət bağırsaq sindromu və sinir sisteminə təsir edən Guillain-Barre sindromu kimi sağlamlıq problemlərinə də yol aça bilər. Bu tip narahatlıqların ölümə belə səbəb ola biləcəyi bildirilir. Ən böyük risk qrupu beş-altı yaş uşaqlar və daha yaşlı insanlar təşkil edir. 
 
İngiltərə Qida Standartları İdarəsi FSA Rəhbəri Katerina Braun "Çiy toyuğa toxunduqdan sonra əllərin yuyulması və yaxşı bişirilməsi kimi bəzi tövsiyələr diqqətə alınsa da araşdırmamız toyuğun bişirmədən əvvəl yuyulmasının geniş tətbiqi olduğunu göstərir. Bu səbəblə halqı çiy toyuq ətini yumamağa dəvət edir və çiy toyuğun yuyulmasının kampilobakter infeksiyasına yoluxma riskini artırdığı barədə aydınlıq yaratmaq istəyirik" - deyib.

04:30 28.07.2017