Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərdən birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov tutulublar.