KANAL24.AZ
Az Iw En Ru

Partlayış olan fabrik deputatındır YENİLƏNMƏ

Lerikin Piran kəndində partlayış baş vermiş broyler fabriki deputat İqbal Məmmədova məxsusdur.
 
Fabrik "Lerik Broyler" MMC ("Lebro") adı ilə fəaliyyət göstərir. Məlumata görə, fabrik deputatın atası Nəriman Məmmədov, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur. Əsas idarəçilərdən biri isə deputatın qardaşı oğlu Orxan Məmmədovdur.
 
Kənd sakinlərinin sözlərinə görə, əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Ttikintidən əvvəl millət vəkili sakinlərə burada şirə sexininin inşa olunacağı bildirib. Amma sonradan quşçuluq fabriki tikilib.
 
"Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini bildirilir.

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.

Bunu Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.

O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür.

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

Partlayış nəticəsində daha iki nəfər - 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.


20:45 27.07.2017
Xəbər lenti
Bütün xəbərlər