KANAL24.AZ
Az Iw En Ru

Bakıda sabah yağış yagacaq

 

İyulun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb  küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz  32-34° isti olacaq. Atmosfer təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75%,  gündüz  50-55 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.


19:52 26.07.2017
Xəbər lenti
Bütün xəbərlər