KANAL24.AZ
Az Iw En Ru

Üzvünün intihar etdiyi rok qrupundan təqdirəlayiq hərəkət

ABŞ-lı rok qrupu “Linkin park”ın üzvləri insanları intihar fikrindən daşındırmaq üçün yeni sayt açıb.

“Chester.linkinpark.com” adlanan saytda insanları intihar fikrindən daşındırmağa istiqamətlənən paylaşımlardan əlavə onlara dəstək məqsədilə telefon nömrələri də yerləşdirilib.

Bundan başqa saytda Benniqtonun fanatlarının onun intiharından sonra sosial şəbəkələrdə yazdığı mesajları da yayımlanıb.

Qeyd edək ki, bir müddət öncə “Linkin Park” qrupunun solisti Çester Benninqton intihar edib. 41 yaşlı dünya şöhrətli musiqiçi öz dostunun doğum günü mərasimində özünü öldürüb.


14:50 25.07.2017
Xəbər lenti
Bütün xəbərlər