KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Macarıstan XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov macarıstanlı həmkarı Peter Siyarto ilə görüşüb.

E.Məmmədyarov P.Siyarto ilə görüşü həm təkbətək, həm də geniş tərkibdə keçirib.

Görüşlərdə tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi, habelə Azərbaycan prezidenti İlham Əliyevin bu ilin payızında Macarıstana planlaşdırılan səfərinə hazırlığı müzakirə ediblər.

 


21:40 24.07.2017