KANAL24.AZ
Az Iw En Ru

"Evdə tək"in aktyoru vəfat etdi

 

"Evdə tək" filmi ilə tanınan amerikalı aktyor Con Hörd dünyasını dəyişib.

71 yaşlı aktyor Kaliforniyada yerləşən hoteldə ölü tapılıb. Onun ölüm səbəbi bilinmir.

Qeyd edək ki, 1990-cı illərdə "Evdə tək" filmində oynadığı "Peter Makkollister" (ata) obrazı ilə şöhrət qazanan aktyor kariyerasına 1970-ci illərdə başlayıb. Məşhur "Qladiator" filmi də daxil olmaqla bir çox layihələrdə yer alan Con Hörd son olaraq ekrana "Sopranos" televiziya serialı ilə gəlib və buradakı çıxışına görə Emmi mükafatına layiq görülüb.


07:39 23.07.2017
Xəbər lenti
Bütün xəbərlər