Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə bu ölkənin milli bayramı – İnqilab Günü münasibətilə təbrik ünvanlayıb.
Təbrik məktubunda Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.