KANAL24.AZ
Az Iw En Ru

Bakıda uşaq meydançasını sökdülər - Ərazidə olan ağaclar məhv edildi

Bu gün Nəsimi rayonu Hüseynbala Əliyev 22 küçəsində uşaqlara aid meydança sökülməkdədir.

 
Kanal24 xəbər verir ki,bunu Moderator.az -a ətrafda yaşayan bina sakinləri bildirib. 
 
Sakinlərin sözlərinə görə, onlar söküntü işləri aparanların kimliyi ilə maraqlanmaq istəsələr də bu haqda sakinlərə məlumat verilməyib. Söküntü aparan şəxslər həmçinin ərazidə olan ağacların da qəsdinə durublar. 
 
Sakinləri sözlərinə görə, ərazi çoxdan “qaralanmışdı” bundan narahat olan sakinlər məsələ ilə bağlı Nəsimi Rayonu İcra Hakimiyyətinə məlumat versələr də göründüyü kimi müraciətin heç bir nəticəsi olmayıb.
 

04:33 21.07.2017
Xəbər lenti
Bütün xəbərlər