KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı məşhur müğənni Ermənistanda konsert verəcək

Əslən cənubi azərbaycanlı olan müğənni Ququş (Faiqə Atəşin) İrəvanda konsert verəcək.

 

Bu barədə müğənni instaqramda məlumat verib. O, təqvim şəkli paylaşaraq avqustun 31-də İrəvanda konsert proqramı ilə çıxış edəcəyini vurğulayıb.

Cənubi azərbaycanlı ifaçı sentyabrın 2-də Tbilisidə, 7-də isə Kiprdə konsert verəcək.

Məlumat üçün bildirək ki, Ququşun konsert turu cədvəlində Azərbaycanın adı yoxdur.


04:18 21.07.2017
Xəbər lenti
Bütün xəbərlər