KANAL24.AZ
Az Iw En Ru

Paşayeva soydaşlarımızı bu deputatı ifşa etməyə çağırdı

İşğal olunmuş torpaqlarımıza səfər etmiş Avropa Parlamentinin deputatı, Çexiya vətəndaşı Yaromir Ştetina Azərbaycana qarşı qərəzli açıqlamalar verir, erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərərək, erməni yaalanlarının təbliği ilə məşğul olur.

Bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib. O bildirib ki, bir dəfə də Xocalı soyqırımı barədə danışmayan Ştetinanın bu əməllərinin ifşası istiqamətində, qarşısının alınması üçün ölkəmizin müvafiq qurumları addımlar atır, amma Çexiyada yaşayan soydaşlarımızın, diasporumuzun da üzərinə böyük vəzifələr düşür:

“Yaromir Ştetinanın qeyri-qanuni əməlləri, işğalçıları müdafiə etməsi kimi faktları onlar Çexiyada geniş şəkildə yaymalı və bunun dayandırılması istiqamətində tələblərlə çıxış etməli, lazımi qurumlara dayanmadan müraciətlər göndərməli, bir sözlə, yalanlara qarşı mübarizədə daha fəal olmalıdırlar. Buna görə də soydaşlarımızı müvafiq addımlar atmağa çağırırıq”.


22:53 16.07.2017