KANAL24.AZ
Az Iw En Ru

Sübh namazından sonra yatmaq günahdırmı?

Sübh namazını qıldıqdan sonra Günəş çıxana kimi oyaq qalmaq və müstəhəb namazlar qılıb dualar etmək, Quran oxumaq, Allahın zikrini söyləmək böyük savaba malikdir.

Müqəddəslərimiz və böyük alimlərimiz sübh namazından sonra Günəş çıxana kimi yatmaz və dünya işləri ilə məşğul olmazdılar, yuxarıdakı əməlləri edərdilər. Hədislərdə buyurulub ki, günün bu vaxtı duaların müstəcab olan vaxtıdır. Eləcə də, bu zaman kəsimində bəndələrin gündəlik ruzisinin bölündüyü rəvayət edilib. İmam Rza (ə) buyurub: "Gün doğandan Günəş çıxana kimi mələklər insan oğlunun ruzisini bölüşdürərlər. Hər kim günün bu vaxtında yatsa, ruzidən məhrum qalar" (Məkarim əl-əxlaq, 2-ci cild, səh. 86). Qeyd edək ki, sübh namazından sonra yatmamaq mütləq hökm deyil, bunu edən günah qazanmır, bəyənilməz iş görmüş olur


02:19 14.07.2017