KANAL24.AZ
Az Iw En Ru

“Yaşadığım torpaq” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində rejissoru və ssenari müəllifi  İsraildə yaşayan azərbaycanlı,Kanal24-ün baş redaktoru,İsraildə fəaliyyət göstərən “Odlar Yurdu”teatr truppasının və ”Qürbətdə Vətən “layihəsinin  rəhbəri  Səadət Şükürovanın təşəbbüsü ilə yəhudi əsilli,Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş “Yaşadığım torpaq” adlı sənədli filmin təqdimat mərasimi keçirildi.

Mərasimdə  Azərbaycan Dağ Yəhudilərinin dini icmasının rəhbəri Milix Yevdayev,Albert Aqarunovun döyüş yoldaşları,gənc yazar Aysel Fikrət,filmin aktyor heyyəti,Xatirə Süleymanova,Araz Mirzəyev,Həsrət Əliyev,Bəxtiyar Pənahlı və digər qonaqlar iştirak edirdilər.Özündə vətənpərvərliyi,qəhrəmanlığı tərənnüm edən sənədli filmi izlədikdən  sonra çıxış edən Səadət  Şükürova hər iki dövlətə,Azərbaycan- İsrail əlaqələrinin inkişafının möhkəmlənməsinə xidmət etməsini özünə şərəf və borc bildiyini söylədi. Tarix boyu İsrail-Azərbaycan dostluğunun davam etdiyini  və bundan sonra da istər siyasi,iqtisadi,istərsə də mədəni əlaqələrinin davam edəcəyini vurğuladı.

Harda olmağımızdan asılı olmayaraq həmişə azərbaycanlı olaraq qalırıq deyən Milix Yevdayev Səadət Şükürovanın bu təşəbbüsünü yüksək qiymətləndirdi.Belə vətənpərvər mövzularda filmlərin,tədbirlərin daha sıx-sıx keçirilməsini arzuladı.

Milli qəhrəman haqqında yaddaşlardan hec vaxt silinməyəcək xatirələrini qonaglarla bölüşən silahdaşları qəhrəmanın igidliyindən,qorxmazlığından  danışdılar.

Kanal24-ə müsahibə verən Səadət Şükürova belə layihələrin gələcəkdə davamlı olacağını xüsusi vurğuladı.

Daha sonra kanalımıza müsahibə verən Dağ yəhudilərinin   dini icmasinin  sədri Milix Yevdayev gənclərimizin milli ruhda yetişməsində belə tədbirlərin mühüm  rol oynadığını qeyd etdi.

Təqdimatin sonunda multikulturalizm və tolerantliq mövzusunda çəkilmiş “Yaşadığım torpaq” adlı -İsrail-Azərbacan dostluğunu tərənnüm edən filmin çəkilişində əməyi olan hər kəs xüsusi diplomla təltif olundu.

Belə layihələrin tez-tez həyata keçirilməsi İsrail-Azərbaycan dostluğunun,qardaşlığının əbədi və daimi olduğunu sübut edir.


05:00 13.07.2017
Xəbər lenti
Bütün xəbərlər