KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava durumu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz  arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz  29-34° isti,Bakıda gecə  22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759  mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 % , gündüz  55-65%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 10-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq.  Lakin bəzi dağlıq və dağətəyi rayonlarda  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Qərb küləyi  ayrı-ayrı  yerlərdə  arabir  güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  31-36°, dağlarda gecə 10-15° isti, gündüz  20-25° isti olacağı gözlənilir


20:07 09.07.2017