KANAL24.AZ
Az Iw En Ru

Namaza başlamaq istəyən qadın öhdəsində olan qüsllər üçün nə etməlidir?

Namazın əsas şərtlərindən biri paklıqdır. Qüsl gətirən vəziyyətlərlə üzləşmiş və dəstəmazı pozan əməllərə yol vermiş hər kəs namazdan qabaq pak olmalıdır, yəni şəriətə uyğun olaraq ya qüsl, ya da dəstəmaz almalıdır.

Namaza təzə başlayan qadının öhdəsində əgər heyz və cənabət qüslləri varsa, onları öz öhdəsindən götürmək və pak olmaq üçün qüsl alması lazımdır. Bunun üçün bütün qüsl gətirən vəziyyətlərin əvəzində bir dəfə qüsl almaq niyyəti etsə və qüsl alsa kifayətdir. Niyyət edir ki, indiyə kimi boynuma düşən bütün qüsllərin əvəzində qürbətən iləllah qüsl alıram. Əgər bundan əvvəl bütün qüsl gətirən vəziyyətlər zamanı dərhal qüsl almışdırsa və öhdəsində qüsl yoxdursa, qüsl alması vacib deyil. Lakin ehtiyata görə, bir dəfə yuxarıda deyilən tərzdə qüsl alması yaxşıdır.


02:28 09.07.2017