KANAL24.AZ
Az Iw En Ru

Sarımsaq qoxusunu yox etməyin TƏBİİ YOLLARI

Sarımsağın sağlamlığa nə qədər faydalı olduğunu hamımız bilirik. Faydalı olması ilə yanaşı dadı da ləzzətlidir. Ancaq bircə mənfi tərəfi qoxusunun kəskin olmasıdır. Özünüzü saxlamayıb sarımsaq yemisinizsə, adamlar arasında ağzınızı açıb danışmağa utanırsınızsa, bunun bir neçə təbii yolu var.

Alma
 
Almanın oksidləşdirici fermentləri sarımsaq qoxusunu yox edir.
 
Süd
 
Sarımsaq qoxusunu ört basdır etmək üçün ən effektli yoldur. 2013-cü ildə aparılan bir araşdırmaya görə, sarımsaqla birlikdə süd qəbul etmək pis qoxunu azaldır.
 
Nanə
 
Nəfəsdən gələn pis qoxuya qarşı ən yaxşı effektli vasitələrdən biri kimi dəyərləndirilir. Tərkibindəki xlorofil sarımsaq qoxusunu öldürür. İstəsəniz çeynəyərək, istəsəniz çay olaraq qəbul edə bilərsiniz.
 
Reyhan
 
Sarımsaq qoxusunu yox edir. Sarımsaq tərkibli hər hansı bir yemək yedikdən sonra bir-iki yarpaq reyhan çeynəyin.
 
Paslanmaz dəmir
 
Ağız qoxusunu yox etmək üçün qaşıq kimi paslanmaz dəmirdən hazırlanmış əşyaları ağzınızda gəzdirə bilərsiniz. Əgər əllərinizin sarımsaq qoxmasını istəmirsinizsə, əllərinizi paslanmaz dəmir əşyalarla ovalayın.
 
Limon
 
Limon sarımsağın yaratdığı qoxunu yox edəcək güclü turşuluğa malikdir. Suyun içinə bir çay qaşığı limon ataraq ağzınızı çalxaladığınızda pis qoxu yox olacaq. Ağzınızı çalxalamaq istəmirsinizsə, limon suyunu içə də bilərsiniz.
 
Hil
 
Hil güclü aroması ucbatından sarımsaq qoxusunu təkcə yox etmir, həm də nəfəsə xoş bir qoxu verir.
 
Soda
 
Söhbət ağız qoxusundan gedirsə, soda hər zaman işə yarayır. Bir stəkan suya bir çay qaşığı soda və dəniz duzu atıb ağzınızı çalxalayın.
 
Diş məcunu
 
Sarımsaq yedikdən sonra dişlərinizi fırçalamaq həm nəfəsinizi təmizləyəcək, həm də sarımsaq qoxusunu yox edəcək.
 


10:03 03.07.2017