KANAL24.AZ
Az Iw En Ru

Uzun ömür sürməyin yolları tapıldı - Buna əməl edərək çox yaşayın

Savadlı insanlar daha uzun ömürlü olur.

"The Telegraph" qəzeti xəbər verir ki, bu elmi cəhətdən sübut olunub. Məlumata görə, uşağın zəka indeksi onun daha uzunömürlü olacağının göstəricisi sayıla bilər. “Edinburgh”, “Oxford“ və “London Kollec” univeristetlərindən olan tədqiqatçılar 1947-ci ildə keçirilmiş Şotlandiya Ağıl Sorğusunda iştirak etmiş 65 min insanın sonrakı həyatlarını təhlil ediblər.

Bu sorğuda 1947-ci ildə iştirak edəndə onların 11 yaşı vardı. Elmi təhlil göstərib ki, yüksək zəka indeksi olanlar 79 yaşınadək ürək xəstəliklərindən, iflicdən, xərçəngdən və tənəffüs yollarının pozuntularından ölümlərin faizini əhəmiyyətli dərəcədə azaldıb.

Maraqlıdır ki, zəkalı uşaqların ahıl yaşlarda fiziki xəsarətlərdən, həzm sisteminin xəstəliklərindən və demensiyadan (ağıldankəmlik) ölməsi faizi də xeyli aşağı olub.Bununla belə, zəkalılıqla uzun ömür arasında əlaqə hələ tam öyrənilməyib.


08:38 03.07.2017
Xəbər lenti
Bütün xəbərlər