KANAL24.AZ
Az Iw En Ru

Pul xəstəliklərin daşıyıcısıdır – Alimlərdən ŞOK ARAŞDIRMA

Pul müxtəlif xəstəliklərin daşıyıcısıdır.

Bu haqda Amerika alimlərinin tədqiqatında deyilir.

Mütəxəssislər pul kupyuralarının tədqiqatını aparıblar və onlarda bakteriyaların təxminən yüz müxtəlif növünü aşkar ediblər.

Alimlər iddia edirlər ki, hər banknot özündə müxtəlif viruslar və bakteriyaların böyük miqdarını saxlaya bilər. Onlar pulqablarında rahatlıqla çoxalırlar.

Hesablamalara görə, bir dollar nominalı il ərzində 110-dan çox insanın əlinə keçə bilər. Bir dolların “həyatı” təxminən altı il sürür.

Qeyd edək ki, bəzi ölkələr tədricən kağız puldan imtina etməyə və nağdsız ödənişə keçməyə başlayıb.


06:25 02.07.2017
Xəbər lenti
Bütün xəbərlər