KANAL24.AZ
Az Iw En Ru

Böyrəkləri təmizləyən möcüzə

Qarpız tumunun orqanizm üçün faydaları çoxdur.

Bağırsaq qurdları ilə mübarizə, sarılıq, damar sərtliyi, böyrək daşı xəstəliklərində, ürək və əzələlərin gücləndirilməsində olduqca təsirlidir. Qarpız tumu həmçinin cinsi gücü artırır, 2-ci tip şəkərə faydalıdır, böyrəkləri təmizləyir.

Böyrəkləri təmizləyən qarpız tumu çayının tərkibi:

40 qr qarpız tumu

1 lt su

150 qr dilimlənmiş qarpız

Hazırlanması:

Suyu qaynadın, mikserdən keçirdiyiniz qarpız tumunu əlavə edin. Tumları suya atdıqdan sonra yarım saat bişirin. Ocaqdan alın və qarışığı bir saat saxlayın. Mayeni süzün. Dilimlənmiş qarpızları çayınıza əlavə edib mikserdən keçirin. Qarışığı soyuducuda saxlayın.

Qeyd edək ki, qarışığın xarab olmaması üçün şüşə qabda olması vacibdir.

Çayı otaq temperaturunda istifadə etməlisiniz. Səhərləri boş mədəyə bir stəkan için. Yeməyiniz bitdikdən yarım saat sonra bir stəkan da için. Bu müalicə üsulunu iki həftə ərzində tətbiq edin.


22:44 01.07.2017
Xəbər lenti
Bütün xəbərlər