KANAL24.AZ
Az Iw En Ru

Dəstəmaz zamanı üzü və qolları neçə dəfə yumaq lazımdır?

Əksər müctəhidlərə görə, dəstəmazda üzü və qolları bir dəfə yumaq - vacib, iki dəfə yumaq - müstəhəb, üç dəfə və daha çox yumaq - haramdır. Yalnız Ayətullahül-üzma Məkarim Şirazi bir dəfə yumağı vacib bilir, ehtiyati-vacibə görə iki dəfə yumaqdan çəkinməyi məsləhət görür, bundan çox yumağı haram sayır.

Neçə dəfə yumağın hökmü isə budur ki, dəstəmaz üzvü bütöv şəkildə yuyulub qurtaranda bir dəfə sayılır. Yəni sifətə neçə ovuc su töksə də, bütün sifət yuyulana qədər bir dəfə sayılacaq. Bundan sonra ikinci dəfə sifət tam yuyulana qədər də neçə ovuc su töksə, hamısı ikinci dəfə sayılacaq. Qolları yumağın da hökmü eynidir.

Əhli-sünnədə isə dəstəmaz zamanı barmaqların da arası yaddan çıxarılmamaqla biləyə qədər 3 dəfə yuyulur. Üzü də 3 dəfə yuyub, sonra əvvəl sağ və ardınca sol olmaqla, dirsəyə qədər qollar 3 dəfə yuyulur.

 

15:41 01.07.2017
Xəbər lenti
Bütün xəbərlər