KANAL24.AZ
Az Iw En Ru

Niyə 12-ci imamın adını çəkəndə ayağa qalxıb salavat çevirirlər?

Qeyd edək ki, müqəddəslərin adını çəkəndə ayağa qalxmaq hörmət əlaməti sayılır.

Ona görə Yasin surəsinin əvvəlindəki "Ya-Sin" kəlməsini oxuyanda, bu kəlmənin Peyğəmbərə aidliyini nəzərə alaraq, ayağa qalxıb salavat çevirmək müstəhəb bilinib. Lakin 12-ci İmamın adından sonra ayağa qalxmaq və salavat çevirmək şiələr arasında daha geniş yayılıb. Özü də İmamın bütün ad və ləqəblərini deyil, "Qaim" ləqəbini deyəndən sonra ayağa qalxırlar. "Qaim" "ayağa qalxan, qiyam edən" mənasını verir. Burada İmamın zühur etdikdən sonra haqqı dirçəldib, batili məhv etmək üçün qiyam qaldıracağına, Allahın düşmənləri ilə döyüşəcəyinə işarə vardır. Müsəlmanlar bu adı deyəndə və ya eşidəndə ayağa qalxmaqla sanki bildirmək istəyirlər ki, biz də bu qiyama hazırıq. Biz də hər an İmamın qiyamını gözləyirik. Özü də əlimizi-əlimizin üzərinə qoyub oturmaqla yox, hazır şəkildə ayağa qalxmaqla. Biz ayaq üstəyik, İmam nə buyursa etməyə, hara desə getməyə hazırıq. Yəni hər an haqqı müdafiə etmək, haqq uğrunda savaşmaq, hətta canımızı da bu yolda vermək əzmindəyik.


15:03 01.07.2017
Xəbər lenti
Bütün xəbərlər