KANAL24.AZ
Az Iw En Ru

Dünyanın Mebelini Bu Sərgidə Tapacaqsınız!

DecorExpo dünyanın ən sürətli böyüməsini həyata keçirən ölkəsi Azərbaycanın tək BEYNƏLXALQ MEBEL, EV PARÇALARI VƏ EV ƏŞYALARI SƏRGİSİ olaraq istiqamətləndirən iştirakçıları ilə 30 Aprel – 2 May 2015 tarixlərində qapılarını açmağa hazırlaşır.

 

Atılım Fuarcılık və ElanExpo həmkarlığı ilə təşkil edilən; Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisi 30 Aprel – 2 May 2015 tarixlərində Baku Expo Centerda həyata keçiriləcəkdir.  Azərbaycan Decor Expo bir çox bələdiyyə və icra hakimiyyəti, sektor Professionalları, dövlət idarə və təşkilatları, sahibkarlar assosiyasiyaları, rayon idarələri və Azərbaycanlı sahibkarların dayaq və gəlişləri ilə açılacaqdır.

 

Decor Expoya 7 ölkədən iştirak;

Azərbaycan DecorExpo Türkiyə, Azərbaycan, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Koreya başda olmaqla 7 müxtəlif ölkədən 70-dən artıq sektor firmasını Baku Expo Centerda tək bir başlıq altında toplayacaqdır. Sərginin üstün iştirakçılarının arasında;Azərbaycandan My Mebel, Saloğlu Mobilya; Türkiyədən Alfemo Mobilya, Yağmur Mobilya və İmparator Mobilya;  İtaliyadan Italserramanti BEE-den Al Aqili Furnishings, Koreyadən Win Win Chairmeister yer alır.

 

Dünyanın Mebeli Bu Sərgidə…

Hər cür mebel və aksessuarları, dekorasiya məhsulları, ev parçaları və bütün xalı növlərinə qədər sektor məhsullarının sərgilənəcəyi Azərbaycan DecorExpo, sektor Professionallarının və Azərbaycan xalqının dünya brendlərini sərfəli qiymətlərlə satın alabiləcəyi bir platforma olacaqdır. Son illərdə iqtisadi cəhətdən qüvvətlənən və gəlir olaraq varlılaşan Azərbaycan firmaları yeni səhmdarlar, kommersiya həmkarlıqları təsis etməyin ən sərfəli yolunu DecorExpo Sərgisində tapacaqdırlar. 

 

Ev layihələrinin son sürətlə davam etdiyi Azərbaycanda mebel və dekorasiya məhsullarına qarşı tələbat hər ötən gün artır. Bu cəhətdən DecorExpo bölgənin tək mebel, ev parçaları, xalça və ev əşyaları sərgisi olaraq dünya brendlərinin, axırıncı moda məhsullarını ətraflı bir məhsul əhatəsi ilə Azərbaycan firmalarının və xalqının zövqünə təqdim edəcəyi və beynəlxalq firmaları Azərbaycan firmaları ilə bir araya gətirən yeganə kommersiya mərkəzi olacaqdır. 

 

Sərgiyə Gəlmək Çox Asandır, Siz də Gəlin, Türkiyədə Tətil Qazanın!

Baku Expo Center və  N. Nərimanov, Koroğlu və Sahil metro stansiyalarında sərgi müddətində hər saat başında qarşılıqlı olaraq (sərgi sahəsi – metro stansiyaları / metro stansiyaları – sərgi sahəsi) hərəkət edəcək olan pulsuz maşınlarımızla DecorExpoya çox rahat və asan gələ biləcəksiniz. 

Sərgiyə gəlməyiniz təkcə təzə iş fürsətləri tapmağınız cəhətindən sizə üstünlük təmin etməklə qalmayacaq, həmçinin Türkiyədə tətil qazanma bəxti əldə etmənizi də təmin edəcəkdir. Sərginin axırıncı günündə bütün qonaqların iştirakıyla keçiriləcək olan tirajla qazanan bəxtəvər elan ediləcəkdir. Sərgiyə girişiniz əsnasında qeydiyyatdan keçməyi yadınızdan çıxartmayın!

 

Sektorun qabaqcıl firmalarını Azərbaycanda qonaq edəcək olan DECOREXPO 30 Aprel – 02 May 2015 tarixləri arasında 10.00 – 18.00 saatları arasında Bakü Expo Centerda  həyata keçiriləcəkdir. Sərgiyə bütün beynəlxalq sahibkarlar, memar və dekoratorlar, topdancı və distribyutorlar və Azərbaycan Xalqı dəvət edilmişdir. 

 

Loqolarımızı aşagıdakı linkdən götürə bilərsiniz.

http://www.azerbaijandecorexpo.com/2015/logos.html

 


20:00 22.04.2015