KANAL24.AZ
Az Iw En Ru

Asqırmağı sınamaq və tək səbirə inanmaq düzgündürmü?

Çox təəssüf ki, İslam dini elm, təfəkkür və məntiq dini olduğu halda, müsəlmanlar çoxlu xurafata və mövhumata inanırlar.

Bu xurafatların bir hissəsi İslamdan əvvəlki inanclardan, bir hissəsi də başqa dinlərdən İslama gətirilib. Xurafat və mövhumatların bir hissəsi qərəzli şəkildə yayılmışdır, bir hissəsi isə savadsızlıq, cahillik və ifrat sevgi üzündən meydana gəlmişdir. Tək və ya cüt səbiri sınamaq da bura aiddir.

Asqırmaq insan orqanizmində baş verən və tibbi səbəbləri olan fizioloji hadisədir, onun fövqəltəbii hallarla əlaqəsi yoxdur. Asqırmağa və onun sayına əsasən hər hansı proqnozu vermək əvvəla cahillik, sonra isə günahdır. Çünki dinimiz gələcək haqqında qabaqcadan xəbər verməyi, kahinliyi qadağan edir. Amma qeyd edirik ki, insanlar bunu qəsdən, günah məqsədi ilə etmirlər. Ona görə də bəzi radikallar kimi tək səbirə inanan hər kəsi müşrik elan etmək də səhvdir. Bu kimi xurafatların qarşısını maarifləndirmə yolu ilə almaq lazımdır.


04:23 30.06.2017
Xəbər lenti
Bütün xəbərlər