Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün saat 09:41-də Lənkərandan 26 km şimal-qərbdə - Masallı rayonunun ərazisində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3.0, dərinliyi 24 km olub.
Zəlzələ hiss olunmayıb.