KANAL24.AZ
Az Iw En Ru

Mənə hədiyyə olunan bu xoşbəxtliyi heç vaxt unutmaram.-Mehriban Əliyeva

 

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə bağlı “Baku” jurnalında məqalə dərc olunub. 
 


Kanal24-ün məlumatına görə, sözügedən yazıda M.Əliyevanın övladları haqda düşüncələri öz əksini tapıb: 
 


“Leyla anadan olanda mənim 19 yaşım var idi və gənc yaşımda mənə hədiyyə olunan bu xoşbəxtliyi heç vaxt unutmaram. Həyatımda ən vacib yeri övladlarım tutur . Mən 3 uşaq anasıyam və onların həyatına aid olan hər şey – uğurları, nailiyyətləri, problemləri, həyəcanları mənə yaxın və doğmadır. Hər şeydən öncə, mənim üçün önəmlidir ki, Heydər üzgüçülük məşqlərində yüzlərlə metr məsafəni qət etməyi bacardı, Arzu uğurla imtahanlarını verib, magistraturaya qəbul oldu, Leyla isə aktiv şəkildə ictimai fəaliyyətlə məşğuldur. Mənə çox xoşdur ki, onlar problemlərini mənimlə bölüşür və müxtəlif situasiyalarda məsləhət üçün müraciət edirlər. Ancaq mən heç vaxt öz fikirlərimi onlara təlqin etmirəm. Onların şəxsi mövqelərinə hörmətlə yanaşır və hər zaman seçim hüququ verməyə çalışıram. Mənim sərhədsiz sevgimə rəğmən, bu, onların həyatıdır və onlar bu həyatı sərbəst şəkildə qurmalıdırlar”.


05:04 28.06.2017
Xəbər lenti
Bütün xəbərlər