KANAL24.AZ
Az Iw En Ru

Qardaş ölkə də şəhid verdi:Təhlükəsizlik qüvvələrinə hücum

Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə qarşı hücumu zamanı 1 əsgər həlak olub.

"Anadolu" agentliyi  xəbər verir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb. Terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.


03:47 26.06.2017