KANAL24.AZ
Az Iw En Ru

Tarixə düşən ƏN QƏRİBƏ ÖLÜMLƏR

 

1. Hindistanda yaşayan bir adam bəşər tarixində ilk dəfə baş verən bir hadisənin qurbanı olur. 40 yaşılı sürücü avtobusdan enib su içdiyi anda başına meteorit düşüb və dünyasını dəyişir.

2. 1999-cu ildə İngiltərədə parkda gəzişən iki gənc qadın fırtınaya yaxalanır. Yağışdan qorunmaq üçün böyük bir ağacın altında gizlənən qadınlar bu ağacın onların ölümünə səbəb olacağını ağıllarına belə gətirmirlər. Anidən çaxan şimşək qadınların alt paltarlarındakı dəmir vasitəsilə elektrik axınını birbaşa onların üzərinə çəkir. Elə həmin an ölən qadınların cəsədi düz 15 saat ağacın altında qalır.

3. Bir fil baxıcısı fili təmizləyərkən onun nəcisi altında qalaraq can verir.

4. Çinli şair Li Ponun Çin ədəbiyyatı tarixində 2 məşhur şeiri qalır. Şair hər zaman sərxoş halda dolaşarmış. Bir axşam çayda qayığı ilə üzərkən suya yansıyan Ayın kölgəsini qucaqlamaq istəyir və qayıqdan suya düşür. Beləcə şair faciəvi şəkildə dünyasını dəyişir.

5. Avstriyalı Hans Stininger dünyanın ən uzun saqqalına sahib insan kimi məşhurluğa qovuşur (onun 1400 sm saqqalı var imiş). Lakin onu məşhur edən bu saqqal həm də ölümünə səbəb olur. 1567-ci ildə Hansın yaşadığı qəsəbədə böyük yanğın baş verir. Hans saqqalını yığışdırmağı unudur və alovdan qurtula bilmir. Müqavimətini itirib alovun içinə yıxılır…

6. 1982-ci ildə 27 yaşındakı Devid Grundman kaktus reklamları üçün çöl bitkilərinə tapança ilə atəş açır. Lakin son güllənin dəydiyi kaktustan qopan parça başına dəyərək ölümünə səbəb olur. Devid bu günədək bir bitki üzündən ölən tək adam olaraq tarixə düşüb.

7. Amerikalı dramaturq Tennese Vilyams 1983-cü ildə bir otel otağında şüşə qapağından boğularaq ölür. Cəsədi tapıldığında sərxoş olduğu ortaya çıxır.

8. Modern rəqsin anası hesab edilən İsadora Dunkan 1927-ci ildə taxdığı şal üzündən dünyasını dəyişir. Belə ki, İsadoranın ipəkdən olan şalı idarə etdiyi avtomobilin sükanına ilişir. Böyük güclə boğazını sıxan şalı yanında oturan violonçel ifaçısı və gözəllik ustası onun boynundan çıxarmağa çalışsalar da, bunu bacarmırlar və rəqqasə dünyasını dəyişir.

9. Rus sehrbaz Qriqori Rasputin ilk olaraq 10 insan tərəfindən zəhərlənir, lakin ölmür. Daha sonra 4 dəfə tapança ilə vurulur, arxasınca döyülür, boğulur amma yenə ölmür. Daha sonra onu xalçaya büküb çaya atırlar. Ən qəribəsi isə budur ki, ekspertlər Rasputinin donub öldüyünü müəyyən edirlər.

10. 1911-ci ildə hamının tanıdığı məşhur Cek Deniels bir sabah erkəndən iş yerinə gəlir. Kassasını açmaq istəyən Cek şifrəsini xatırlaya bilmir və hirslə kassaya təpik vurur. Ayaq baş barmağı yaralanan Cek həmin yaradan infeksiya qapır və ölür.

 


23:48 25.06.2017