KANAL24.AZ
Az Iw En Ru

Düşmən təşviş içində-Əliyevin mesajının ardınca...Qarabağda savaş gedir, düşmən qırılır - Gəlişmə

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib

Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

İşğalçı daima hərbi təzyiqimiz altında olmalıdır, bu müharibəyə çevrilə də bilər, çevrilməyə də. Ən əsası odur ki, işğalçının itkiləri daima artmalıdır, bu faktlar kimi. 

Qarabağı işğal etməklə bizim rahatlığımızı pozublar, bizim də borcumuz onların rahatlığını pozmaq, daima qorxu altında yaşamağa məhkum etməkdir. Ermənistan özü qabağa düşərək etiraf etdi ki, Azərbaycan ordusunun qumbaratanlardan açdığı atəş nəticəsində itki veriblər. 

Görünür, bununla beynəlxalq aləmə mesaj göndərməyə çalışırlar ki, Azərbaycan ordusu cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir. Orduya milyardlarla dollar ona görə xərcləməmişik ki, atəşkəsə riayət edək.



Ekspertlərin savaşın qızışacağını ehtimal edirlər. Azərbaycan tərəfi aprel döyüşlərindən bu yana kimi gözlədi, səbr etdi, danışıqlara qatıldı, şərtlərini açıqladı. 

Amma yenə də düşmən tərəf qeyri-konstruktiv mövqeyindən əl çəkmədi. Ona görə də yenidən düşmənə müharibə, silahla güc göstərmək lazımdır. 

Prezident də Cocuq Mərcanlıda bildirmişdi ki, bayrağımız Şuşada ucalacaq. Bu mesajın əhəmiyyəti odur ki, rəsmi Bakı Cocuq Mərcanlı kimi digər kəndlərin də hərbi yollarla azad edilməsini təmin edə bilər. 

Cocuq Mərcanlı kəndi sülh yolu ilə azad edilmədi, bu hərbi əməliyyatın nəticəsi idi. Bu, o deməkdir ki, danışıqlar nəticə verməsə, Cocuq Mərcanlı prosesi davam edə bilər.

Azərbaycan torpaqları işğal altındadır və bizim tərəfdən heç bir kompromis irəli sürülə bilməz. Aparıcı dövlətlər, xüsusən də həmsədr dövlətlər bunu dərk etməlidirlər. 

Çünki Azərbaycanın siyasi iradəsi, prinsipial mövqeyi göz qabağındadır. Eyni zamanda biz hərbi qüdrətimizi artırırıq.


08:18 24.06.2017