KANAL24.AZ
Az Iw En Ru

Kosmosda yaradılan Asqardiada yaşamaq üçün ən çox bu ölkədən müraciət edilib

Ötən ay kosmosda yaradılan yeni ölkə - Asqardia haqqında geniş məlumat vermişdik. Layihə rəhbərlərinin açıqladığına görə, Asqardia layihəsi yavaş-yavaş sona çatmaq üzrədir.
 
Ötən ay Fransanın paytaxtı Parisdə təşkil olunan bir tədbir çərçivəsində tarixin ilk kosmos ölkəsi olacaq Asqardianın planları elm adamları tərəfindən açıqlanmışdı. Təxminən 100 min insanın yaşayacağı, Dünyanın orbitində olacaq bu ölkə üçün ən çox bir çox ölkələrdən vətəndaşlıq müraciətiətləri edilir.
 
Asqardianın rəsmi internet saytından paylaşılan məlumatlara görə, ən çox müraciət edən ölkə 32 minə yaxın say ilə Çindir. Bu ölkəni 29 min 82 müraciət ilə Türkiyə təqib edir. 29 min müraciətin 10 mindən çoxu isə İstanbuldan edilib.
 
Meteor, kosmos tullantıları və digər təhdidlərə qarşı Dünyanı qorumağa çalışacaq Asqardianın adı Skandinaviya mifologiyası tanrılarından Odinin hökm sürdüyü Asqarddan rqaynaqlanır.
 
Rəsmi saytında yer alan məlumatlara görə, ölkə "Yer üzündəki digər ölkələrin məhdudiyyətlərindən tamamilə müstəqil, azad bir mühit" təklif edəcək.
 
Beynəlxalq müqavilələr dairəsinə görə, əgər Asqardiaya edilən müraciət sayı 100 mini keçsə, BMT-yə ediləcək "dövlət statusu müraciəti" üçün heç bir maneə qalmayacaq.

 


05:20 24.06.2017