KANAL24.AZ
Az Iw En Ru

Bankın mühafizəçisi quldurları heyrətləndirdi

Bankın mühafizəçisi üç qulduru görəndə tövrünü pozmayıb və şüşə qapıları cinayətkarların üzlərinə bağlayıb.

Quldurlar belə ifrat soyuqqanlı davranışdan heyrətləniblər.

 Bildirilir ki, ekstravaqant olay Meksikanın Qvadalaha şəhərindəki "Banorte bank"da yaşanıb.

Mühafizəçinin sanki heç nə olmamış kimi davrandığını görən maskalı cinayətkarlar bankı tərk ediblər.

Olayın videosu sosial şəbəkələrdə yayılandan sonra mühafizəçini "qəhrəman" addandırıblar


03:03 24.06.2017