KANAL24.AZ
Az Iw En Ru

Üç qatil fil divarı qırıb qaçdı - VİDEO

Üç fil kəndə soxularaq tarlada işləyən iki  kəndlini tapdalayıb öldürəndən sonra qaçmağa çalışıb. Nəhəng heyvanlar kəndin kənarındakı anbara tərəf qaçanda orada divarla üzləşib. Fillərin ikisi əlbir olub divarı uçurub, biri isə bu zaman "keşik"də durub.

Bildirilir ki olay Hindistanın Assan ştatındakı Sonitpur bölgəsində, Patancali Təbiət Parkında baş verib.

Tarlada çalışan iki nəfəri öldürən fillər onları daşlayan, dəyənəklər atan kəndlilərdən qorxmuşdu.

Fillər çıxış yolu olmadığını görəndə divarı uçuraraq cəngəlliyə qaçıb.


02:59 24.06.2017