KANAL24.AZ
Az Iw En Ru

Bakıda prokurorluqda dindirilən 70 yaşlı Ananın vəziyyəti pisləşdi

 
 
Ötən gün   Kanal13-ün rəhbəri Anar Orucovun  70 yaşlı anası Almaz Həsənova  dinirilmə məqsədi ilə Bakı şəhər Baş Prokurorluğun Ağir Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Yaxınlarının verdiyi məlumata görə dindirilmə zamanı Almaz Həsənovanın  səhhəti pisləşib və xəstəxanaya aparılıb ,daha sonra  reanimasiya şöbəsinə yerləşdirilib. O da qeyd olunur ki, Almaz Həsənovaya qarşı kobud davranış sərgilənib, ona görə də Almaz xanımın səhhəti pisləşib.
 
Bununla bağlı Əziz Orucovun qardaşı Anar Orucov Facebook sosial şəbəkəsində status paylaşıb və günahkarların  cəzalandırılmasını istəyir.
 
Statusu olduğu kimi təqdim edirik:
 
 
"Dünən 70 yaşlarında olan, insult xəstəsi, dizindən əməliyyat olunmuş və normal gəzə bilməyən, şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən anam Almaz Həsənovanın prokurorluga çağırılıb dindirilməsinə və psixoloji təzyiq göstərilməsinə, müstəntiq və prokurur tərəfindən hədə-qorxu gəlinməsinə nə mən, nə də bu hadisəyə münasibət bildirən çoxsaylı, dostlarım, yoldaşlarım, həmkarlarım ad qoya bilmirik... Burdan açıq deyirəm, məni qoca anamın prokururluğa aparılması yox, orda səhhətinin kəskin pisləşməsi və xəstəxanaya aparılıb reanimasiyada yerləşdirilməsi də yox, prokurorluqda ANAMLA davranışlarında tərbiyəsizlik göstərən orxan babayev və ramiq babayev adlı dövlət qulluqçusunun anamın vəkil tələbinə yox demələri, bütün qanunların və Konstitusiyanın ziddinə olaraq ondan övladına qarşı ifadə almalara cəhd etmələri, "sənin o biri oğlunu da gətirib türmədə uşaqlarından komanda düzəldəcəyik" kimi ifadələrlə psixoloji təzyiq göstərmələri incidib. Məni millətimi təmsil edən bəzilərinin bu qədər naqis olması, bu qədər əxlaqsız olmaları, bu qədər səviyyəsiz olması incidir. Mən sizin ANANIZLA deyil ay bədbəxtlər, 70 yaşlı erməni qadını ilə belə davranmazdım. İnsanlar tarix boyunca dünyanın hər yerində günahlı və ya günhsız həbs edilə bilər. Kanal13-ün Bakı ofisnin rəhbəri qardaşım Əziz Orucovu günahsız da olsa həbs edibsiz amma o hələ təqsirləndirilən şəxsdir, günahı sübuta yetirilməyib və günahsız olduğu üçün yetirilməyəcək də. Amma siz hansı haqla və əxlaqla 70 yaşlı bir Azərbaycan ANASINA belə davranmısınız. Belə tərbiyəsiz ünsürlər üçün dəyərlər niyə bu qədər aşınıb görəsən, ay millətim??? Vəkillərlə də müzakirələrim oldu, Azərbaycanda kifayət qədər hörmət sahibi olan çox normal münasibətlərdə olduğum yoldaşlarla da bunu danışdıq: bu əxlaqsız ünsürərin prokurorluq orqanlarından atılması üçün Azərbaycanda və Avropada hüququn imkan verdiyi bütün vasitələrdən imtina edəcəyik. Bu məsələ AŞPA-nın növbəti toplantısında Azərbaycanla bağlı məruzədə qaldırılacaq və oktyabr sesiyasında baxılacaq bu işə. Qoy Azərbaycan höküməti və hüquq mühafizə orqanları həmin tarixə qədər belə əxlaqsız nakəslərdən qurtulsun ki, ölkənin imici belə "gəda"lara görə bir az da ləkələnməsin. Anama sual verib "müəlliməsən, kitab oxuyursanmı?" - özündən olsa bu naqis müstəntiq guya savadsız çıxaracaqmış yaşlı, qoca, xəstə ANANI. Amma cavabını da alıb: Anam təkcə bu il ərzində Elxan Elatlının 8 kitabını oxuyub mənə də danışıb hələ. Çüngiz Abdullayevdən tutmuş, Markesə qədər, Stefan Zweigdən, İlyas Əfəniyevdən tutmuş Oljas Süleymanova qədər, Cek Londondan tutmuş adını mən də bilmədiyim daha kimlərə qədər dahiləri oxuyub, ay bədbəxt. Hələ mənə də şikayət edirdi ki, kitab çox oxuya bilmirəm gözümdən su gəlir... Sən belə bir ANANI ələ salmaq istəyirsən öz ağlınca, ay tərbiyəsiz? Bu iş burda qalmayacaq, bu iki əxlaqsız öz cəzasını alacaq qanun qarşısında. Amma onların ANALARI bir gün mənim yanıma xahişə gələndə öz ANAM kimi hörmət edib əllərindən öpəcəm onların. Çünki mənim tərbiyəm bir ANAYA bundan başqa cür davranmağa imkan vermir, milyonlarla digər azərbaycanlının tərbiyəsi kimi... yoldaçlarımdan və dostlarımdan xahiş edirəm bu yazını bacardıqları qədər yaysınlar, qoy bu namərdlərdən hər kəs xəbər tutsun..."
 
 
Xatırladaq ki, Kanal13-ün  Bakı ofisinin  rəhbəri Əziz Orucov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb. Əziz Orucov 4 ay müddətinə həbs edilib
 
 
 
 
 
 
 
 
 

02:00 24.06.2017
Xəbər lenti
Bütün xəbərlər