KANAL24.AZ
Az Iw En Ru

Sabahdan bu marşrut xətti yeni sxem əsasında hərəkət edəcək

11 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, bu marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Nemətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək.

Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində yollarına davam edəcəklər.

 


23:35 23.06.2017
Xəbər lenti
Bütün xəbərlər