KANAL24.AZ
Az Iw En Ru

Ağır yol qəzası YAP-ın təşkilat sədri ağır yaralandı

Daşkəsəndə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Kanal24 xəbər verir ki, "Report"un məlumatına görə,, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.

"Hunday Sonata" markalı avtomobillə "Niva" markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb.

Yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı xəsarət almış digər yaralı isə YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur.

Qeyd edə k ki, yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir isə Daşkəsən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir.


01:45 19.06.2017