KANAL24.AZ
Az Iw En Ru

Millət vəkilindən AŞPA həmməruzəçilərinə Dilqəm-Şahbaz çağırışı...

Bu gün Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti olaraq ölkəmizdə səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşdük. Maraqlı fikir mübadiləsi oldu. Müzakirələr zamanı ermənilərin qeyri-qanuni olaraq girov saxladıqları, əziyyət verdikləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırdım və onların ailələrinin AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatlara çağırışını səsləndirdim. 

 
Bildirdim ki, o ailələr bizimlə görüşündə, müraciətlərində AŞPA-dan, o cümlədən Dağlıq Qarabağ üzrə alt komitənin rəhbəri kimi cənab Şennak da daxil olmaq qrupdan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı istiqamətində səyləri daha da artırmalarını gözləyir və bunu hər zaman sizin diqqətinizə çatdırmamızı istəyirlər. Qeyri-qanuni girov saxlanılan bu insanların vəziyyəti getdikcə daha da ağırlaşır və onların azad olunması üçün cənab Şennak və AŞPA qurumlarının səylərinin daha da artırmasına ciddi ehtiyac var və bu məsələni daim diqqətdə saxlamağı cənab Şennak qarşısında qaldırdıq. 
 
Cənab Şennak nümayəndə heyətinin bütün fikirləri kimi bu məsələni də diqqətlə dinlədi və diqqətdə saxlayacağını bildirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin və onların ailəsinin yaşadığı acıları hamımız bilirik və paylaşırıq. Dövlətimiz onların azad olunması üçün çox çalışır. Təəssüf ki, qarşımızda belə şərəfsiz bir düşmən var. Allah Dilqəm Əsgərov və Şahbaz Quliyevin və onların əziz ailələrinə yardımçı olsun və qısa zamanda hər iki qardaşımızı azadlıqda, evlərində ailələrinin yanında görə bilək.
 
Qənirə Paşayeva, 
millət vəkili, AŞPA - dakı nümayəndə heyətimizin üzvü

06:40 13.06.2017
Xəbər lenti
Bütün xəbərlər