KANAL24.AZ
Az Iw En Ru

Xərçəngi 10 il əvvəldən müəyyən etmək mümkün olacaq

Amerikalı alimlər uzun illər xərçəng xəstəliyinin vaxtında təsbit olunması və hüceyrələrin orqanizmdə yayılmadan qarşısının alınması üçün araşdırmalar aparıb.

Mütəxəssislər bütün növ xərçəng xəstəliklərini 10 il əvvəldən müəyyən edə bilən qan testi hazırlayıblar. Alimlərin sözlərinə görə, bədəndəki bütün hüceyrələr məhv olmadan öncə qanda müəyyən iz qoyur. Test zamanı biz bu hüceyrələrin hansı səbəbdən öldüyünü müəyyənləşdirə biləcəyik.

 

Həkimlər test vasitəsilə "dolaşan şiş DNT-si" sayəsində xərçəngin hansı mərhələdə olduğunu müəyyən edə biləcək


06:22 10.06.2017